BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə əmisi öldürən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəbrayılovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində İsmayıl Cəbrayılov 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: İsmayıl Cəbrayılov əmisi Eyvaz Cəbrayılovu münaqişə zəminində bıçaqlayaraq öldürüb.

 

Onun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 3 Fevral 2023, 09:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin