BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını bıçaqlayıb, məhkəmə zalında həbs edilən şəxslə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda və narkotik saxlamada təqsirləndirilən Vəli Vəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs olunub.

 

İttihama görə, hadisə ötən ilin fevralında Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsində qeydə alınıb.

 

Belə ki, Vəli Vəliyev tanışı, 1999-cu il təvəllüdlü Teymurov Emil Vidadi oğlunu dava zamanı bıçaqlanıb. Qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olub.

 

Daha sonra Vəli Vəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik maddə aşkarlanaraq götürülüb. Vəli Vəliyevin barəsində polisin nəzarəti altında qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 3 Fevral 2023, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin