BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şərurlu İsfəndiyar”: “Şikayət edən şirkətlər, yəqin ki, vəsait ayırıb xərcləmək istəmirlər”

Tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) yeni tikilən çoxmərtəbəli binalarda qaz olmaması, inşaat şirkətlərinin “Azəriqaz” barədə məhkəməyə müraciət etmələri məsələsinə münasibət bildirib.

 

İ.Axundov Pravda.az-a açıqlamasında deyib ki, təbii qazın verilməsi ilə bağlı hər hansı problem yoxdur:

 

“Bizim şirkətə məxsus binalarda qazla bağlı heç bir porblem yoxdur. Çox razıyıq. Hamısında qaz var. Şikayət edən şirkətlər, yəqin ki, özləri vəsait ayırıb xərcləmək istəmirlər, “Azəriqaz”ın boynuna atırlar”, - o bildirib.

 

İş adamı “Azəriqaz” İstehsalat Birliyinin 2020-ci ildə ona qarşı məhkəmə iddiası qaldırması, təbii qaza görə yüksək məbləğdə “Azəriqaz”a borcu olması barədə yayılan xəbərləri isə inkar edib: “Bizimlə “Azəriqaz” arasında məhkəmə konflikti olmayıb. Elə şey yoxdur, yalan söhbətdir...”

 

Aytəkin Qardaşova

Tarix: 3 Fevral 2023, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin