BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev seçiciləri qəbul etdi - FOTO

Milli Məclisə deputat seçildiyim 20 saylı Nərimanov II seçki dairəsində yerləşən seçki qərargahımda 38 nəfər şəhid ailələrinin, qazilərin və seçicilərin növbəti dəfə qəbulunu keçirdim.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

“Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlər tərəfimdən dinlənildi, bir qisim müraciətlərin isə yerindəcə həllinə nail olundu. Habelə digər müraciətlərin həll edilməsi ilə əlaqədar aidiyyəti üzrə məktublar hazırlandı. Vətəndaşların sosial rifah vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən bütün addımlar atılır. Eləcə də, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların qəbulunun edilməsi, müraciətlərinin dinlənməsi istiqamətində tərəfimizdən genişmiqyaslı iş aparılır. Eyni zamanda ünvanıma daxil olan bütün şifahi və yazılı müraciətlər geniş şəkildə təhlil edilərək, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atılır”, - A.Əliyev qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 3 Fevral 2023, 22:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin