BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahbaz Xuduoğlu: “Şikayətçilərə “Azərqaz”ın baş idarəsində deyiblər ki, qaz olsa, sizə yalnız qaz yox, hətta ördək də verərik” - FOTO

“Sabir Rüstəmxanlının otağında Yardımlıdan gəlmiş şəhid atalarını  gördüm. Onlar özləri üçün deyil, bütün Yardımlı qazsız qaldığı üçün  dövlətə üz tutublar. Mirimli kəndindən şəhid Cavid Zeynalovun atası Vaqif Zeynalov deyir ki, Yardımlıda  84 kənddən yalnız 14 kəndə qaz verilib, o da gəlmir. 5 şəhid vermiş Zevin kəndində işıq dirəkləri aşıb. Düzəldən yoxdur. Oduna 600-700 manat pul ödəyə bilmirik. Bunu isə şəhid Rasim Rufullayevin atası Yadigar Rufullayev deyir. Peştəsərdən əfsanəvi kəşfiyyatçı Şahlar Nəzərovun atası Yaşar Nəzərov isə deyir ki, Şəhid atalarına diqqət yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğlu bildirib.

 

“Müdafiə nazirliyindən yaşayış ünvanımı soruşurlar, deyirəm Bakının küçələri. Deyir yox, yaşadığın ünvanı de, yenə Bakının küçələri deyirəm, çünki oğlum şəhid olandan sonra dövlət təşkilatlarının qapılarında gecələyirik. İki gün öncə Yardımlı şəhid ataları “Azərqaz”ın baş idarəsinə gediblər. Rəis müavini kimi özünü təqdim edən Teymur adında şəxs onlarla görüşüb. Şikayətə cavab olaraq deyib ki,  ölkədə qaz olsa, sizə yalnız qaz yox, hətta ördək də verərik”, - Ş.Xuduoğlu qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 4 Fevral 2023, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin