BURADA REKLAMINIZ OLA
BİLƏR

Soğan qıtlığı yoxdursa, idxalın gömrük rüsumundan azad olunması nəyə hesablanıb? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” 103 nömrəli Qərarında dəyişiklik edilib. Belə ki, NK-nın 03.02.2023 tarixli 33 nömrəli Qərarı ilə yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla, baş soğan və şalot soğan idxal gömrük rüsumundan azad edilib. NK-nın bu qərarı müzakirəyə səbəb olub. Bildirilir ki, ölkəmizdə soğan qıtlığı olmayıb və kəndlinin ən çox becərdiyi məhsul soğandır.  Mövsüm vaxtı gələndə kəndli soğanı qəpik-quruşa satır. Bəzi fermerlərin çoxu heç onu da sata bilmir. Ölkədə soğan qıtlığı yoxdursa, idxalın gömrükdən azad olunması nəyə hesablanıb?  Xaricdən rüsumsuz soğan bazara girəndə kəndlinin satılmayan məhsulunun aqibəti necə olacaq?

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Vüqar Bayramov: “Bu, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı  anlamına gəlir” Pravda.az

Deputat bildirib ki, kənd məhsullarına mövsumi verginin tətbiq edilməsi və ya vergindən azad olunma anti-inflyasiya tədbirləri çərçivəsində həyata keçirilib: “Nazirlər Kabinetinin son qərarlarında da məqsəd məhz həmin məhsulların bazarda qiymətini tənzimləmək və bahalaşmanın qarşısını almaqdır. İndiki halda, təbii ki, yerli istehsal yoxdur. Soğana olan tələb daha çox idxal hesabına ödənilir. Gözləntilərimiz bundan ibarətdir ki, Azərbaycan fermerləri öz məhsullarını bazara çıxardıqdan sonra artıq Nazirlər Kabineti tərəfindən idxalla bağlı rüsumlar, vergilər yenidən tədqiq olunacaq. Çünki daxili bazarın qorunması da vacibdir. Bizim də təklifimiz budur ki, bazarda qiymət artımlarının baş verməməsi üçün yerli istehsal olmayan mövsümlər və ya aylar üzrə idxalda gömrük rüsumundan azad olunmalar tətbiq edilə bilər. Yerli istehsal bazara çıxarıldıqdan sonra isə yenidən vergilərin tətbiq olunması, yerli istehsalçıların, daxili bazarın qorunması vacibdir”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Fevral 2023, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin