BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda iranlı narkobaronun adamı "iş başında" yaxalandı

Abşeronda iranlı narkobaronun qoyduğu narkotiki götürən şəxs tutulub.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, hadisə fevralın 3-də Saray qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Axundzadə Asif Azər oğlu “Barat” adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olaraq həmin gün saat 01 radələrində “Barat”ın Saray qəsəbəsi ərazisində qoyduğu yaşıl rəngli sellofanda külli miqdarda marixuana, heroin və metamfetamini götürərək qanunsuz olaraq əldə edərək daşıyıb. Asif Axundzadə elə həmin gün saat 02 radələrində Saray qəsəbəsi ərazisində saxlanılıb.

 

O, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Hazırda istintaq davam edir.

 

Kamal Məmmədov

Tarix: 5 Fevral 2023, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin