BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərini boyunbağı ilə boğaraq öldürən qadın apellyasiya şikayəti verdi

Bakıda ərini öldürməkdə təqsirləndirilən İnessa İsmayılova barəsindəki hökmdən apellyasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən qadın cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Anar İbrahimovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 9-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib.

 

Qeyd: 2021-ci il mayın 9-da paytaxtın Səbail rayonunda Rusiya vətəndaşı İnessa Vladimirovna İsmayılova, həyat yoldaşı 1952-ci il təvəllüdlü Rəşid Axundovu boğaraq qətlə yetirib.

 

Belə ki, qadın evdə ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla onu boğaraq öldürüb.

 

İnnesa İsmayılova barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 6 Fevral 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin