BURADA REKLAMINIZ OLA
BİLƏR

Ziyad Səmədzadə karantinə alınıb? – Özündən AÇIQLAMA

Haqqımda yazılanların heç bir əsası, həqiqətəuyğunluğu yoxdur.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Ziyad Səmədzadə deyib.

 

Qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı ölkədə xüsusi karantin rejimi elan olunub və bu baxımdan da, evindən fəaliyyət götərir.

 

“Onu da bilirsiniz ki, biz onlayn iş rejiminə keçmişik. Komitəmizin iclasları da onlayn keçirilir. Eyni zamanda, 65 yaş məsələsi ilə əlaqədar müvəqqəti evdən çölə çıxmırıq, hərəkətimizi bir qədər məhdudlaşdırmışıq. Hazırda da evdəyəm, bugünlərdə də saytlarda yazılarım gedib. Yəni, işimdə, fəaliyyətimdə heç bir dayanma, axsama yoxdur. Köməkçimə zəng ediblər, o da deyib ki, Ziyad müəllimgil onlayn fəaliyyət göstərirlər. Ancaq götürüb ağızlarına gələni yazıblar. Səhhətim əladır, tam-normal qaydasındadır, heç bir problem yoxdur. Yalan, böhtan yazmaq olmaz. Ayıbdır”-deyə, o, sözlərinə əlavə edib.

 

Qeyd edək ki, bəzi saytlarda və sosial şəbəklərdə Z. Səmədzadənin karantin altına alındığı iddia edilib.Etikxeber.az

Tarix: 5 Aprel 2020, 22:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin