BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalist Səbuhi Məmmədli: “Gələn ay ayağıma protez qoydurmaq niyyətindəyəm”

“Evdə müalicə alıram. Sağalma prosesi gedir. Gələn ay, Allahın izni ilə, ayağıma protez qoydurmaq niyyətindəyəm”.

 

Bu barədə Pravda.az-a jurnalistin özü məlumat verib.

 

“Köməkçi ilə də olsa, artıq işə gedib-gələ bilirəm. Maraqlanan hər kəsə təşəkkür edirəm”, - o qeyd edib.

 

Xatırlatma: Jurnalist Səbuhi Məmmədlidə şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınmışdı. Xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə dializ alırdı. Qanqrena verdiyi üçün sol ayağı amputasiya olunmuşdu.

 

Aytəkin Qardaşova

Tarix: 7 Fevral 2023, 16:09   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin