BURADA REKLAMINIZ OLA
BİLƏR

Babək prospektində izdiham: görüntülər hər kəsi kövrəltdi - FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyənin Bakıdakı səfirliyi qardaş ölkədə baş verən zəlzələdə zərər çəkənlərə yardım göstərmək istəyənlər üçün aksiya başladıb.

 

Pravda.az xəbər verir ki, səfirliyin yardımların toplanması üçün təqdim etdiyi Bakının Babək prospekti 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında izdiham yaşanıb.

 

Böyükdən-kiçiyə onlarla insan yardım kampaniyasına qoşulub. Qardaş ölkədə köməyə ehtiyacı olanlar üçün qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, qida ehtiyatı, çadır, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri və s. toplanıb. Vətəndaşlarımız arasında əynindəki gödəkçəni çıxarıb oradaca yardım aksiyasına bağışlayanlar da olub.

 

Aksiyanın görüntüləri sosial şəbəkələrdə müsbət rəylərlə paylaşılıb.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 7 Fevral 2023, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin