BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Pakistan vətəndaşının ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda Pakistan vətəndaşının ölümü ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 07.02.2023-cü il tarixdə saat 01:35 radələrində Cəfərov Fəxri Feyruz oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Yasamal rayonu, Salamzadə küçəsi ilə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, Pakistan İslam Respublikasının vətəndaşı Jahangir Khanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Fakta görə Yasamal RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 8 Fevral 2023, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin