BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu universitet maaşları artırdı – Vəsait ilk olaraq YAŞAT Fonduna köçürüləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın göstərişiylə əməkhaqları artırılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə qərar fevralın 6-sı Elmi Şuranın iclasında təsdiq olunub. Qərara əsasən, ADMİU-nun əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması və əməyinin stimullaşdırılması məqsədilə ştat cədvəli üzrə aylıq vəzifə maaşları martın 1-dən etibarən 15 faiz artırılır.

 

İclasda Elmi şura üzvlərinin təklifi ilə onların ilk maaş artımı YAŞAT Fonduna ianə ediləcək.

 

Aytəkin Qardaşova

Tarix: 8 Fevral 2023, 10:25   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin