BURADA REKLAMINIZ OLA
BİLƏR

İlahiyyatçı Türkiyədə baş verənlərin qiyamətin əlaməti olduğunu deyənlərə cavab verdi: “İnsanları qorxu içində saxlamağa çalışırlar”

Türkiyənin Kahramanmaraş, Hatay, Diyarbakır, Adana, Kilis, Osmaniye və Malatya ərazilərində baş verən dəhşətli zəlzələ bu əraziləri yerlə-yeksan etdi. Sözügedən ərazilərin dronla çəkilən görüntüləri adətən xarabalığı xatırladır. Bir çoxları qardaş ölkədə baş verənlərin qiyamətin əlaməti olduğunu deyir. Onların düşüncəsinə görə, artıq qiyamət yaxınlaşır.

 

İlahiyyatçı Elşad Miri Pravda.az-a müsahibəsində səslənən fikirlərə münasibət bildirib.

 

İlahiyyatçının sözlərinə görə, İslam dinində “qiyamətin əlaməti” anlayışı sonradan çıxarılan bir məsələdir: “Bununla insanları qorxu içində saxlamağa çalışırlar. Bütün dinlərdə buna şahid ola bilərik. Əslində isə insanın qiyaməti onun ölümüylə başlayır. “Qurani-Kərim”də qiyamətlər bağlı ayələri açıb, tərcüməsinə baxa bilərsiniz. Qiyamət bəşəriyyətin həlakından sonra insanların dirildilərək sorğu-sual olunmalarıdır…”

 

Aytəkin Qardaşova

Tarix: 8 Fevral 2023, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin