BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş həkimin karantini pozması qalmaqala səbəb olub, o istefa verib

Şotlandiyanın Baş həkimi Ketrin Keldervud ölkədə koronavirusla gərgin mübarizə aparıldığı dönəmdə iki dəfə evinə istirahətə gedərək karantin qaydalarını pozub. O, ictimai qınağa tab gətirməyərək vəzifəsindən istefa verib.

 

Pravda.az-ın xəbərinə görə, onun ölkənin şərqində yerləşən bağ evindəki istirahət zamanı jurnalistlər tərəfindən çəkilən şəkilləri “The Scottish Sun” nəşrində dərc edilib.

 

Baş həkimin hərəkətləri böyük qalmaqala səbə olduğundan istefa ərizəsi yazmağı qərara alıb.

 

Ölkə başçısı Nikola Sterjen Keldervudu müdafiə etməyə çalışsa da, onun istefası barədə qərar verilib/

Tarix: 6 Aprel 2020, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin