BURADA REKLAMINIZ OLA
BİLƏR

Tərtərdə maşını dirəyə çırpan şəxsin sürücülük hüququ yox imiş - TƏFƏRRÜAT

Tərtərdə ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Hətəmov Tahir Əvəz oğlu 08.02.2023-cü il tarixdə saat 01 radələrində sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2106” markalı avtomobil ilə Tərtər rayonu, Hüsənli kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında olan beton dirəyə çırpılıb. O, aldığı xəsarətlərdən Ağdam rayon Mərkəzi Xəstəxanasında ölüb.

 

Fakt üzrə Tərtər RPŞ-də CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

 

Kamal Məmmədov

Tarix: 9 Fevral 2023, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin