BURADA REKLAMINIZ OLA
BİLƏR

Göyçayda baş vermiş qəzanın təfərrüatı məlum oldu

Göyçayda baş vermiş qəzanın təfərrüatı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 1968-ci il təvəllüdlü Xəlilov Fəxrəddin Tofiq oğlu idarə etdiyi “VAZ-2107" markalı avtomobillə Göyçay şəhəri, Nizami küçəsi ilə hərəkətdə olarkən ilkin ehtimallara əsasən sükan arxasında ölüb

 

Bu səbəbdən də o, idarəetməni itirərək Göyçay şəhərində yolun kənarında dayanmış 1971-ci il təvəllüdlü Mehdiyev İsmixan Mövsüm oğluna məxsus "VAZ-2109" markalı avtomobili vurub. Nəticədə "VAZ-2107" markalı avtomobildə olan Xəlilova Samrat Sakin qızı xəsarət alıb.

 

Fakt üzrə Göyçay RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Tarix: 9 Fevral 2023, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin