BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərimanov RİH-ə qarşı məhkəmə iddiasında ekspertiza təyin edildi

Bakı Kommersiya Məhkəməsində "Luksorvil İnterneşnl" MMC-nin "Komfort Həyat" MTK və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə iclası keçirilib. Belə ki, “Luksorvil İnterneşnl” MMC-nin iddialarına görə 2018-ci ildə “Komfort Həyat” MTK tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 28.08.2018-ci il tarixli, 332 nömrəli Sərəncamı əsasında “Comfort Hayat Residence” yaşayış kompleksinin  inşası zamanı aparılmış tikinti işləri nəticəsində “Luksorvil İnterneşnl” MMC-nin mülkiyyətində olan evə maddi zərər yetirilmişdir.Bundan sonra , 2018-ci ildə İddiaçı “Luksorvil İnterneşnl” MMC cavabdehlər “Komfort Həyat” MTK-ya və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

 

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

 

Qeyd: "Luksorvil İnterneşnl" MMC "Komfort Həyat" MTK və Nərimanov Rayon İcra Hakimiyyətini məhkəməyə verərək maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 9 Fevral 2023, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin