BURADA REKLAMINIZ OLA
BİLƏR

Mübariz Tağıyev: “Türkiyə üçün başladılan yardım kampaniyasına qoşulmuşam...”

“Bakıda Türkiyə üçün başladılan yardım kampaniyasına mən də qoşulmuşam, ailəm də. Həqiqətən, böyük faciədir. Deməyə söz tapmaq olmur. Eyni millətik, başqa söz ola bilməz. Dövlətimiz sağ olsun, qardaş ölkəyə lazımi köməkliyi göstərir. Bütöv Azərbaycan xalqı olaraq Türkiyədəki qardaş-bacılarımızla birgəyik”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Xalq artisti, tanınmış müğənni Mübariz Tağıyev deyib.

 

Xalq artisti Türkiyənin Bakıdakı səfirliyinin yardım kampaniyası vasitəsilə lazımi əşyalar göndərdiyini bildirib: “İstifadə olunmamış müəyyən geyimlər var idi. Elə paltolar var idi ki, heç birini geyinməmişdim. Uşaq paltarları da göndərdik. Sadalamaq istəmirəm... Ailəmizdə nə imkan varsa, əlimizdən gələni etdik. Nəvələrim də məktəbdə toplanan yardıma qoşuldular...”

 

O bildirib ki, Türkiyədə qohumları, tanışları yaşayır, onlar da yardıma qoşulub. “İstanbulda yaşıyırlar. Köməyə gediblər. Deyirəm ki, onsuz da dərdləri böyükdür, gedib orda nə edəcəksiniz? Deyirlər ki, yox, hamımız getməliyik. İnsandırlar, ürəkləri ağrıyır...”

 

Aytəkin Qardaşova

Tarix: 9 Fevral 2023, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin