BURADA REKLAMINIZ OLA
BİLƏR

İndiki vəziyyətdə Ermənistanın istənilən məsuliyyətsiz cəhdi erməni dövləti üçün rüsvayçı son olar - RƏY

“Regiona köç etdikdən sonra tarixin bütün dövrlərində ermənilər xəyanət içində olub və hər zaman türkə zərbə vurmaq üçün məqam gözləyib. Üstəlik bu xəyanətkarlıq yalnız dövlət səviyyəsində yox, həm də cəmiyyət səviyyəsində dəstəklənib. Bu mənada Ermənistandan sağlam təfəkkür və adekvat davranışlar gözləmək sadəlövhlükdür. Xüsusən də belə fors-major hallarda… Təsəvvür edin, Ermənistan parlamentinin deputatları Türkiyədə baş vermiş zəlzələyə münasibətdə rəsmən bəyan edirlər ki, "ən yaxşı türk ölü türkdür", yaxud Türkiyədə zəlzələ ilə bağlı sorğularda respondentlər sevinc hissi keçirdiklərini ifadə edirlər. Təbii ki, bu təfəkkürlə ermənilər bölgədə davamlı sülh üçün təhdid olaraq qalırlar…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“O ki qaldı Ermənistan cəmiyyətində Türkiyədə zəlzələ ilə əlaqədar baş qarışıqlığından istifadə edərək Azərbaycana hücum etməklə bağlı eyforiyalara, hər kəs yaxşı bilir ki, Vətən müharibəsində Ermənistan və onun havadarları ilə müharibəni Türkiyə yox, Azərbaycan aparıb. Ermənistan və onları pulsuz silah-sursatla təmin edən müttəfiqlərindən fərqli olaraq biz Türkiyə başda olmaqla müttəfiqlərimizdən yalnız siyasi dəstək görmüşük, silah və texnika, nəyə ehtiyacımız olubsa, özümüz öz hesabımıza əldə etmişik. Müharibədə də bizim yerimizə kimsə döyüşməyib, erməniləri diz çökdürən də cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu olub. Yəni bundan sonra da istənilən hərbi təhdid dərhal adekvat və misli ilə cavablandırılacaq. Türkiyədə zəlzələ bizi zəiflətməyib, əksinə daha çox bir-birimizə kilidlənmiş, daha da bir olmuşuq. Hərbi gücümüzlə bərbər inam və iman gücümüz də “dəmir yumruğa” dönüb. İndiki vəziyyətdə Ermənistanın istənilən məsuliyyətsiz cəhdi erməni dövləti üçün rüsvayçı son olar. Heç kimə, xüsusən nə İrana, nə Fransaya güvənməsinlər. Əksinə, ermənilər boş xəyallara düşməkdənsə, öz vəziyyətləri barədə fikirləşməlidirlər. Cənab İlham Əliyev ötən il 31 dekabr müraciətində 2023-cü ilin Ermənistan üçün son şans olacağını bildirdi. İndi ermənilər üçün prioritet bu olmalıdır ki, necə edib bu son şansdan istifadə etsinlər, sülh və əməkdaşlıq şəraitində insan kimi ləyaqətli formada yaşamağa başlasınlar. Ermənistan yaxın tarixdən dərs çıxarmalıdır. Bu ölkə, bu cəmiyyət, nəhayət, başa düşməlidir ki, cənab İlham Əliyevin bölgədə sülh üçün müəyyən etdiyi bu yol xəritəsindən çıxan istənilən erməni məhvə məhkumdur”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Fevral 2023, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin