BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın göndərdiyi yardım Türkiyə mediasında

Azərbaycan "Əsrin fəlakəti" adlandırılan zəlzələnin qurbanları üçün 1000-dən çox çadır göndərib.

 

Pravda.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

 

Məlumatda qeyd olunub ki, Azərbaycandan Türkiyəyə 16 maşından ibarət humanitar yardım karvanı da göndərilib.

 

Humanitar yardım karvanında 830 çadır və 279 qızdırıcının olduğu qeyd olunub.

 

Bundan başqa 200 çadır və 183 qızdırıcının olduğu təyyarənin də Bakıdan Adanaya yola düşdüyü vurğulanıb.

 

Qeyd: Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında ən çox çadıra ehtiyacları olduğunu bildirmişdi.

 

Xatırlatma: Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

 

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

 

Kənan

Tarix: 10 Fevral 2023, 11:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin