BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı Bulvarında qız özünü dənizə atdı

Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə “Bakı Ağ Şəhər Bulvarı” ərazisində özünü dənizə atıb.

 

Bakı şəhər Prokurorluğundan Pravda.az-a verilən məlumata görə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb.

 

Hazırda İlahə Avcının səhhəti normaldır.

 

Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 27 Noyabr 2019, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin