BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərxoş kişi ona irad bildirən arvadının sifətinə telefon vurdu

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Samir Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə Abşeron rayonunun Mehdiabad qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Samir Vəliyev evdə mübahisə zəmnində arvadı Sənəm Vəliyevanın (şərti)  sifət nahiyəsinə bir dəfə mobil telefonla qəsdən zərbə vurub. Nəticədə o, qadına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib.

 

Məhkəmədə Samir Vəliyev ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı ilə əvvəllər münasibəti yaxşı olsa da, son zamanlar korlanmış, həddindən artıq spirtli içki qəbul etdiyi üçün zərərçəkmiş şəxs ona irad bildirib. Bu da mübahisəyə səbəb olub.

 

Hadisə günü saat təxminən 17.00 radələrində sərxoş vəziyyətdə evə gələn zaman Sənəm spirtli içki qəbul etdiyi üçün ona uca səslə irad bildirib. O da əsəbləşərək əlində olan mobil telefonla qadının sifət nahiyəsinə zərbə vurub.

 

Daha sonra arvadını şikayəti əsasında saxlanılan və barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 10 Fevral 2023, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin