BURADA REKLAMINIZ OLA
BİLƏR

Hatayda 2 qardaş dağıntılar altından xilas edildi

Hatayda zəlzələnin 105-ci saatında Yusif və qardaşı Məhəmməd xilas edilib.

 

Pravda.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, xilasedicilər binalardan birinin dağıntıları arasında sağ qalanların olduğunu müəyyən ediblər.

 

Aparılan axtarış-xilasətme əməliyyatları nəticəsində 1,5 yaşlı Yusif Hüseyn və 7 yaşlı qardaşı Məhəmməd Hüseyn 3 mərtəbəli evin dağıntıları altından xilas ediliblər.

 

Məhəmməd xilasedicilərdən qovurma və kola istəyib. Xilasetmə qrupunun rəhbəri isə Məhəmməd təcili yardıma minərkən, “sənə qovurma və kola alacam" deyib.

 

Kənan

 

Tarix: 10 Fevral 2023, 15:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin