BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hüquqşünaslar, həkimlər, polislər arasında vicdanlılıq hansı səviyyədədirsə, tikinti mühəndisləri arasında da bu dəyərlər eyni səviyyədə olacaq”

“Türkiyədəki zəlzələ fəlakətindən sonra ölkəmizdə də tikintilərin keyfiyyəti, davamlılığı və başqa bu kimi məsələlər müzkirə edilməkdədir. Başa düşüləndir. Müzakirələr hələ çox davam edəcək…Fərqli fikirlər səslənir. Ciddi şübhə edənlər də, əksinə, hər şeyin normal olduğunu deyənlər də var. Tövsiyələr, məsləhətlər də kifayət qədərdir. Təkcə evlərimizin deyil, sözün geniş mənasında həyatımızın bünövrəsinin çox möhkəm və dayanıqlı olması üçün təməl prinsiplər var. Sadəcə, həmin prinsiplərə hər kəs riayət etməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Ərşad Hüseynov bildirib.

 

Ə.Hüseynov qeyd edib ki, bu prinsiplərə əxlaqlılıq, vicdanlılıq, ləyaqətlilik, dürüstülük daxildir: “Hər kəs hər yerdə və hər zaman bu prinsipləri gözləməlidir. Onlar universaldır, yəni konkret peşəyə, cinsə, yaşa, yaşayış yerinə və s. aid deyil. Hər kəs öz peşəsinə, işinə, vəzifəsinə aid yanaşmaları bu təməl prinsiplər üzərində formalaşdırmalıdır. Ona görə də dünyaya gələn hər körpəyə öncə bu təməl prinsipləri aşılaya bilsək, o, böyüyərək özünün seçdiyi peşədə və ixtisasda ən yaxşılarını etməyə qadir olacaq. Cəmiyyətin bu təməl prinsiplərə riayət etmək səviyyəsi də təxminən ortaq olur, hansısa peşədən, ixtisasdan asılı deyil. Yəni ki, məsələn, ölkənin hüquqşünasları, həkimləri, polisləri və s. arasında əxlaqlılıq, vicdanlılıq, ləyaqətlilik, dürüstülük hansı səviyyədədirsə, müəllimlər, tikinti mühəndisləri, məmurlar və s. arasında da bu dəyərlər təxminən eyni səviyyədə olacaq. Başqa sözlə, məsələn, təhsilimizdə, hüquq-mühafizə və məhkəmə sistemimizdə gördüyünüz problemlərin məzmunca fərqlisi, lakin formaca eynisi tikinti sahəsində, səhiyyədə və s. var. Ona görə də insan olaraq ən ali vəzifəmiz həmin təməl prinsipləri qorumaq və artırmaq, dəyişmək və ətrafımızdakıları dəyişdirməkdir…”

Tarix: 10 Fevral 2023, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin