BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda evə basqın edildi

Abşeronda evə silahlı basqın edilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadis rayonun Xırdalan şəhərində qeydə alınıb.

 

Belə ki, bir qrup şəxs saat 02 radələrində Cümşüdlü Xəyal Xəyyam oğlunu mənzildə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqına məruz qoyub və ona sağlamlığına yüngül və dərəcəsi təyin olunmayan xəsarətlər yetirilib. Basqın edən şəxslər habelə onun 500 manat pulunu və 1400 manat dəyərində qızıl boyunbağısı alaraq quldurluq ediblər.

 

Faktla bağlı Abşeron RPİ-də CM-nin 181.2.1-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 11 Fevral 2023, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin