BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah da yağış yağacaq

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

 

Havanın temperaturu  gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda  gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

 

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. 

 

Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. 

 

Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir  duman olacaq. Qərb  küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-10° isti,  dağlarda gecə 0-5° şaxta, gündüz  2-5° isti olacaq.

Tarix: 6 Aprel 2020, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin