BURADA REKLAMINIZ OLA
BİLƏR

Masallıda kişi bacısının ərinı bıçaqladı

Masallıda bıçaqlanma hadisəsi baş verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, rayonun Səmidxan kənd sakini Qurbanov Cavid Möhübbət oğlunun 03.02.2023-cü il tarixli müraciəti əsasında Masallı RPŞ-də aparılmış araşdırma zamanı müəyyən edilib ki, Masallı şəhəri, D.Əbilova küçəsi, ev 44 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü Mahmudov Coşqun Namiq oğlu 30.01.2023-cü il tarixdə bacısının əri, Qurbanov Cavid Möhübbət oğlunun yaşadığı evdə, şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əlindəki fincanla qəsdən baş nahiyəsinə vuraraq ona sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirib.

 

Faktla bağlı Masallı RPŞ-də 11.02.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq Mahmudov Coşqun Namiq oğlu şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

Tarix: 12 Fevral 2023, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin