BURADA REKLAMINIZ OLA
BİLƏR

Qıza görə qətl törədən şəxs kassasiya şikayəti verdi

Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Rəvan Hüseynov barəsindəki hökmdən verilən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsindəki cəzanın yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 16-na təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rəvan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə 2021-ci il yanvarın 5-də baş verib.

 

Şəmkir şəhər sakini, 2003-cü il təvəllüdlü Tağıyev Əhliman Kənan oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Eynur oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Əhliman Tağıyevə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsi müəyyən edilib. Daha sonra o, həbs edilib. İttihama görə, hadisə qız üstündə qeydə alınıb.

 

Kamal Məmmədov

Tarix: 13 Fevral 2023, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin