BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını namus üstündə öldürən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Sumqayıtda arvadını qətlə yetirməkdə təqsirləndirilən Orxan Həsənov barəsindəki hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 15-nə təyin edilib.

 

İttihama görə, hadisə 2022-ci il yanvarın 17-də Sumqayıt şəhərində yerləşən istirahət mərkəzinin kortecində baş verib. Orxan qısqanclıq zəminində arvadı Aişə Həsənovanı qətlə yetirib.

 

Təqsirləndirilən Orxan Həsənov ifadəsində bildirib ki, arvadını namus üstündə öldürüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Həsənov 12 il azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 13 Fevral 2023, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin