BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın narkotacir yenidən məhkəmə qarşısında

Bakıda narkotik alveri ilə məşğul olmaqda ittiham edilən Flora Əsədovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 14-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən F.Əsədova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

 

Xatırlatma: F.Əsədova barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələr əldə etmə və satma) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

Tarix: 13 Fevral 2023, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin