“Azərbaycanda su biznesinə nəzarət, demək olar ki, sıfır səviyyədədir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qidanın, o cümlədən suyun yalnız təhlükəsizliyini təmin edir. Onu içdiyiniz yerdə ölməzsiniz. Lakin keyfiyyət məsələsi illər boyu masanın üzərində qalıb. Bununla, ümumiyyətlə, heç kim, hətta İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Standartlaşdırma İnstitutu da məşğul olmur. Çünki hökumətin səhv siyasəti var. İstehlakçı hüquqları arxa plandadır, biznesin inkişafı isə öndə: kim kimi aldadır, aldatsın... Kapitalizm cəmiyyətinin ən mənfur aksiomu həyata keçirilir. Əlbəttə, quyu suyu, kəriz suyu, nə bilim, hər cür su Azərbaycanın əmtəə bazarında var. Heç kəs də bunun kimə xeyir, zərər etdiyini araşdırmır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
E.Hüseynov bildirib ki, 20 litrlik qablarda evlərə daşınan suyun bir hissəsi krantdan doldurula bilər: “Yaxud qarışıq su ola bilər, bir hissəsi təmizlənir, ya təmizlənmir. Bu məsələ ölkədə açıq qalıb. Bir dəfə də görməmişik ki, Azərbaycandakı laboratoriyalar hansısa araşdırma aparsın, ortalığa nəsə qoysun. Plastik qablarda qablaşdırılan sular isti havada təhlükəli hala keçirlər. Xüsusən əzilmiş, nisbətən çökmüş plastik qabların tərkibindəki kimyəvi maddələr suyun tərkibinə miqrasiya edir. Şübhəsiz ki, bu, insanların sağlamlığında mənfi izlər qoyur. Ona görə də məsləhət görürəm ki, istehlakçılar suyu daim dəyişib içsinlər. Eyni suyu daimi içməsinlər. Mən şəxsən bəzən krantdan, bəzən bulaq suyu, bəzən qablaşdırılmış su içirəm, Suların üzərində çağırışlar görürük - “ekoloji təmiz”, “filan xəstəlikləri müalicə edir” və s. Belə çağırışlara inanmaq lazım deyil. Çox yaxşı olar ki, suyun etiketində mənbəyi göstərilsin, bilək, hardan gətirilir. Hələ bu da məlum deyil ki, doğrudan da su etiketdə yazılan mənbədən gətirilir, ya yox. Su Allahın, təbiətin möcüzəsidir. Yeganə maddədir ki, kristal, buxar və maye halında olur. Bütün maddələr soyuqda sıxılır, istidə genişlənir. Su isə həm istidə, həm soyuqda genişlənir, qoxusu, rəngi yoxdur. Su təbiətdə yeganə maddədir ki, dəyişməz qalır. İnsanlar onu çirkləndirir, su isə yerə düşür, sonra buxarlanıb təmizlənir, bir də insanlara geri qayıdır. Bədənimizin 85%-i sudur. Xəstəliklərimiz barədə düşünürüksə, bilməliyik ki, bunun cavabının hamısı 85% sudadır. Təəssüf ki, su kimi əhəmiyyətli bir maddə bəşəriyyət tərəfindən qiymətləndirilmir. Hətta deyirik ki, “bəzi şeylər su qiymətinədir”. Əslində isə su hər şeydən baha olmalıdır. Suyu vəsf etməyə hər adamın bacarığı çatmaz. Səkkiz il öncə Marseldə 25 min insanın iştirak etdiyi Dünya Su Konqresində olmuşam. Suyun ilahiliyini orada dərk etmişəm və həmin vaxtdan bəri avtomobilimi yudurtmuram. İçməli su ilə avtomobili yudurtmaq nadanlıq, axmaqlıq, dəlilik əlamətidir. Azərbaycanda avtomobilyuma məntəqələrinin bağlanması, bunun əvəzinə küçələrin təmiz saxlanması barədə mümkün olanları edirəm. Yağış suyundan istifadə barədə “Azərsu”da dəfələrlə məsələ qaldırmışam. Bu qurumda İctimai Şuranın üzvüyəm. Sudan çox danışa bilərəm. Bir neçə il öncə çox primitiv üsulla 12 suyun ekspertizasını keçirdim və nəticəni Azərbaycan tarixində ilk dəfə mətbuata ötürdüm. Bir həftənin içində üç yerdən məhkəməyə verildim. Mənə dedilər ki, “sən bilirsən nə barədə danışırsan?” Bu, zarafat deyil, su neftdən – hər şeydən çox-çox bahalı bir nemətdir. Suyun mahiyyətinə enmək, hansı adama hansı su lazım olduğunu bilmək üçün insanda da, suda da 300-ə qədər araşdırma aparılmalıdır. Hələ heç bir elm sübut etməyib ki, hansı gen quruluşuna malik olan insan hansı suyu içməlidir. Bir su növü eyni ailənin beş üzvünün ikisi üçün uyğun ola ilər, üçü üçün yox. Suyun ilahiliyindən, qeyri-adiliyindən sui-istifadə edən su biznesi ilə məşğul olanlar, əlbəttə, insanları geniş şəkildə aldadırlar. Heç kim deyə bilməz ki, hansı su təmizdir, insana xeyirlidir və s. Təsadüfi deyil ki, ölkənin əmtəə bazarında 1 litri 10 manata, eyni zamanda 40 qəpiyə də olan qablaşdırılmış sular var. İstehlakçılar bizdən soruşurlar ki, tərkibi H2O-dursa, onun içində nə var axı 1 litri 10 manatadır? Su öz qiyməti, keyfiyyəti ilə bu qədər təzadlı maddədir. Su biznesi ilə məğul olanlar isə bu təzadlılıqdan sui-istifadə edirlər. Heç kim deyə bilməz ki, qablaşdırılmış su krantdan doldurulub, yoxsa təmizlənib, təmizlənməyib və s. Bədənimizdəki 85% suyun bizi xəstələndirdiyini bilmək üçün apteklər şəbəkəsinin Azərbaycanda çox olmasına baxmaq lazımdır. Hansı ölkəyə gedirəmsə, apteklər şəbəkəsi ilə Azərbaycanı müqayisə edirəm. Təxminən, Azərbaycanda apteklər şəbəkəsi 20 dəfə artıqdır. Atatürk prospektindəki doqquzmərtəbəli binanın altında yeddi aptek var. İnsanlar apteklərdə, klinikalarda növbələrdədirlər. Bu, o deməkdir ki, suda və qidada problemlərimiz yaşanır…”
Aytəkin Qardaşova
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
Ən son xəbərləri səhifəmizdən də izləyin