BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə binaları çökən "Renessans"ın Bakıdakı şirkətlərlə əlaqələri varmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 32 min nəfərə yaxınlaşır. Təbii fəalkət nəticəsində ümumilikdə 12 mindən çox bina yerlə-yeksan olub. Belə olan halda, “bu qədər insan tələfatına səbəb zəlzələ deyil, inşaat şirkətləridir” deyənlər şirkət rəhbərlərini ciddi tənqid hədəfi seçdilər. Hatayda çökən “Renessans” rezidensin rəhbəri Məhmət Yaşar Coşqun ölkədən qaçmaq istəyərkən İstanbul Hava limanında polis tərəfindən saxlanılıb. Türkiyədə “Renessans” şirkətinə məxsus binaların zəlzələyə dayanıqlı olmaması Bakıda adında "Renessans" sözü olan şirkətlərin tikdiyi binaları da diqqət mərkəzinə gətirdi. Vətəndaşlarımız “Renessans”a məxsus bütün binaların keyfiyyətindən narahatdırlar. Türkiyədəki şirkətin Bakı ilə bağlılığı varmı?

 

Pravda.az-ın əməkdaşı Bakıda “Renessans” adı ilə fəaliyyət göstərən şirkətlərdən biri ilə əlaqə saxlayıb.

 

Saytımıza verilən açıqlamada bildirilib ki, şirkətin Türkiyə ilə heç bir əlaqəsi yoxdur, tamamilə Azərbaycana aiddir.

 

Eyni adda olan digər şirkətlərlə də əlaqə saxlamağa çalışsaq da, mümkün olmayıb.

 

Bəzilərinin ləğv edildiyi, yaxud internetdə nömrələrinin yerləşdirilmədiyi ehtimal edilir.

 

Aytəkin Qardaşova

Tarix: 13 Fevral 2023, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin