BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiya Ukraynada növbəti genişmiqyaslı hücuma hazırlaşır" - ŞƏRH

"Rusiya Ukraynada növbəti genişmiqyaslı hücuma hazırlaşır. Rusiya itkilərinə baxmayaraq, ərazidə böyük qoşun birlikləri toplayıb. Ötən il də müharibə belə başladı".


Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.


E.Şahinoğlu xatırladıb ki, Rusiya müharibədən bir neçə ay əvvəl Ukrayna ilə sərhəddə qoşunları topladı, “təlimlər keçiririk” yalanını uydurdu, fevralın 24-də işğala başladılar: "Eyni ssenarini təkrarlamaq istəyirlər, ancaq bu dəfə məqsəd paytaxt Kiyevə qədər irəliləmək deyil. Kreml sahibi Vladimir Putin bir neçə ay əvvəl saxta referendumla Rusiyaya biləşdirdiyi Ukrayna bölgələrinin adminstrativ sərhədlərinə qədər irəliləmək istəyir. Putin Qərbin hərbi texnikası tam şəkildə Ukrayna ordusuna təhvil verlənə qədər “işi” bitirmək istəyir".


Kənan

Tarix: 13 Fevral 2023, 19:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin