BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda "OBA" marketin qarşında avtomobil piyadanı vuraraq öldürüb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, fevralın 13-də saat 09 radələrində Tağıyev Sadıq Şəmsi oğlu idarə etdiyi “Qaz 3307” yük markalı avtomobili ilə Binəqədi rayonu Binəqədi-Biləcəri şossesi döngə 9 ünvanında yerləşən “OBA" market mağazasının qarşısında hərəkətdə olduğu zaman piyada 1962-ci il təvəllüdlü Zeynalova Tərlan Əjdər qızını idarə etdiyi avtomobilin qabaq hissəsilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 14 Fevral 2023, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin