BURADA REKLAMINIZ OLA
BİLƏR

Klinik Tibbi Mərkəzdən dəm qazından zəhərlənənlərlə bağlı ŞOK AÇIQLAMA

“İlin əvvəlindən bu günə kimi dəm qazından zəhərlənmə ilə bağlı 152 nəfər qəbul olunub”.

 

Pravda.az-ın məlumatına görə, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

 

Onun sözlərinə görə, qazdan zəhərlənənlərin 80%-ni kişi, 20%-ni qadınlar təşkil edir: "Onlar arasında 16 nəfər azyaşlı olub. Zəhərlənənlər arasında ölüm halı qeydə alınmayıb”.

 

A.Maqsudov həmçinin qeyd edib ki, noyabrda 18 nəfər dərmandan zəhərlənib və ölüm hadisəsi olmayıb.APA

 

Tarix: 27 Noyabr 2019, 13:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin