BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə mediası: Azərbaycan 728 nəfərlik dəstək komandası ilə ölkəmizi tək qoymur

Türkiyənin 10 vilayətində baş verən zəlzələdən sonra Kahramanmaraşa göndərilən Azərbaycanın axtarış-xilasetmə qrupunun üzvləri işlərini davam etdirirlər.

 

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məqalə dərc olunub.

 

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə zəlzələlərdən dərhal sonra 728 nəfərdən ibarət xilasetmə qrupu Türkiyəyə göndərilib.

 

Axtarış-xilasetmə qrupunun üzvləri Türkiyədə zəlzələ nəticəsində yaranan problemlər tam həll olunmayana qədər Azərbaycana geri dönməyəcəklərini bildiririlər.

 

“Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”

 

Məlumatda qeyd olunub ki, axtarış-xilasetmə qrupu ərazidə 7/24 işləyir və onları əhilləşdirilmiş itlər müşayiət edir.

Fotoğraf: AA

Onlar indiyə kimi xeyli sayda dağıntılar altından sağ çıxarıblar.

 

Kənan

Tarix: 14 Fevral 2023, 13:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin