BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nuhun gəmisi də gəlməyəcək, gəlsə də, insanı xilas etməyəcək” - Nura Suri

“İnsan ağlına məəttəl qalmışam. Dağıtmağa, məhv etməyə beyin işlədə bilir, əksini etməyə ağıl işləmir. Bir dəfə status yazmışdım ki, insanlar dünyaya gələndə xəstəlikdən peyvənd olunduğu kimi, qəddarlıq, əclaflıq və s. kimi lazımsız xüsusiyyətlərdən də peyvənd oluna bilərdi. (Əgər insan beynini işlətsəydi, edərdi). Necə olur ki, Allahın işinə qarışıb uşağı olmayana süni şəkildə insan yarada bilir, amma əclaflığın, qəddarlığın dərmanın, peyvəndin tapa bilmir?”

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri bildirib.

 

N.Surinin sözlərinə görə, insanda məntiq axtarmaq da məntiqsizdir: “Misal üçün, təbiətdə yetişən gülə baxıb ləzzət ala bilmir, o gülə kimyəvi maddələr qatıb (bir müddət canlı görünməsi üçün) yetişdirir , dərir, satır, əziyyətlə pul qazanan da sevgisini göstərmək üçün onu alıb hədiyyə edir, hədiyyəni alan da şəklin çəkib “İnstagram”da paylaşır, 2 gün sonra təbiətin yaratdığı gözəllik zibilliyə gedir. Məntiq görmürəm axı burada. Sevgi - elə həmin gözəlliyə sevgilinlə bir yerdə gedib baxmaq və həmin güllərin qayğısına qalmaqdır. Güllər təbiətdə gözəldir. Qışda ölüb, yazda dirilməyi möcüzədir. İnsanlar möcüzələri məhv edib, sonra möcüzə axtarandır. Məntiq görmürəm axı insanda. Dinə inananlara da suallarım var. Bizi torpaqdan, sudan yaratmayıblar ki? Elə yazılıb axı. Torpaqdan yaranan torpağa dəyər, qiymət vermir axı. Versə, qayğısına qalar. Torpaqda yetişən hər bitkinin qayğısın çəkər, ağacları məhv edib daş-divar hörməz. Torpaq da, su da bezib insanları məhv edəcək bir gün. Nuhun gəmisi də gəlməyəcək, gəlsə də, insanı xilas etməyəcək”.

Tarix: 14 Fevral 2023, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin