BURADA REKLAMINIZ OLA
BİLƏR

"Görün, erməni “xilasedicilər” Türkiyədə nə işlərlə məşğuldurlar..." - RƏY

“Erməni vandallığı, vəhşiliyi, insanlığa sığmayan xisləti özünü hər işdə büruzə verir. Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması üçün başda Azərbaycan olmaqla, dünya dövlətləri, beynəlxalq təşkilatlar Türkiyəyə yardım göndəriblər. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə birinci haraya çatan, qardaşının yanında olan Azərbaycandır. Ermənistan da Türkiyəyə yardım təklifi etdi. Humanizm dəyərlərinə önəm verən Türkiyə Ermənistanın təklifinə “yox” demədi və bir qrup erməni xilasedici 30 il ərzində bağlı olan Ermənistan-Türkiyə sərhədindən keçərək Türkiyə ərazisinə daxil oldu. Və budur, artıq iki nəfər erməni “xilasedici” Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Saxlanılan zaman bu iki yaramaz erməninin üzərindən zəlzələdə həlak olan, yaralanan insanların sənədləri, şəxsi zinət əşyaları tapılıb. Təsəvvür edin ki, bu barədə fikir söyləmək belə insana çətin gəlir. Görün, hansı vəziyyətdə, hansı zamanda niyə orada olduqlarını unudan erməni “xilasedicilər”i nə işlərlə məşğuldurlar. Növbəti dəfə xalq ola bilmədiklərini, yalnız toplum kimi formalaşdıqlarını, zehniyyətlərində, beyinlərində pozuqluq, cinayətə meyillilik olduğunu, yaramazlıqlarını və digər bütün mənfi keyfiyyətlərini sübut etdilər. Sadalmaqla bitmir...”

 

Bu sözləri Pravda.az-a açıqalamsında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, öz nəfslərini saxlaya bilməyən mənfur ermənilər hazırda bütün dünyanın diqqətini Türkiyəyə yönəldən, milyonlarla insanın ev-eşiyindən, doğma şəhərindən ayrı düşməsinə səbəb olan, dağıntılar altında uşaqdan-böyüyə xeyli sayda insanın qaldığı, günahsız insanların həlak olduğu, yaralandığı əsrin dağıdıcı zəlzələsindən öz mənfəətləri üçün istifadə etməyə çalışdılar: “Bununla özlərini növbəti dəfə rəzil duruma saldılar. Öz xislətlərini, müalicəsi olmayan xəstəliklərini bir daha dünyaya göstərdilər və yenə biabır oldular. Təbii ki, Türkiyə hüquq-mühafizə orqanları bu məsələni dəqiq araşdıracaq, saxlanılan ermənilərin əməlləri sübut olunacaqsa, Türkiyə qanunları ilə mühakimə ediləcəklər. Amma bu ləkə, bu ad, damğa ömürləri boyu həm o cinayətkarların üzərində, həm də onları göndərən dövlətin üzərində qalacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Fevral 2023, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin