BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibkar məhkəmə zalından azadlığa buraxıldı

Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Murad Quliyevin (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti və ona edilmiş əlavə təmin olunub. Murad Quliyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

İttihama görə, Murad Quliyev Masallıda sahibkarlıqla məşğul olub. O, öz mülkiyyətində olan Masallı rayonunun Şərəfə kəndində yerləşən 2 hektar torpaq sahəsində müasir südlük heyvandarlıq kompleksinin tikintisi təyinatı üzrə illik 6 faiz dərəcəsi ilə 7 il müddətə 600 000 manat məbləğində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit alıb.

 

Lakin sahibkarməqsədli dövlət krediti üzrə pul vəsaitini investisiya layihəsi üzrə göstərilən məqsədlərə sərf etməyib təyinatı üzrə istifadə etməyərək Sahibkarlığın İnkişafı Fonduna külli miqdarda ziyan vurmaqla güzəştli şərtlərlə verilmiş məqsədli dövlət kreditini təyinatı üzrə istifadə etməmiş, həmin kredit üzrə 18 fevral 2020-ci il tarixə 600 000 manat əsas, 104 418 manat faiz borcunu qəsdən ödəməməklə hazırda ləğv prosesində olan ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun, bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə, kredit vəsaitlərinin yığımının təmin edilməsinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

 

Masallı Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Lakin Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Murad Quliyev məhkəmə zalından həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 15 Fevral 2023, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin