BURADA REKLAMINIZ OLA
BİLƏR

Külli miqdarda narkotiklə tutulan şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə qanunsuz narkotik saxlamaqda ittiham olunan Həsrət Həsrətovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti qismən təmin edilib və 6 il azadlıqdan məhrumetmə cəzası 5 il 6 ay müddətinə endirilib.

 

İttihama görə, Həsrət Həsrətov 27 aprel 2021-ci il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış keçirilərkən qonaq otağında divanının altından 14.734 qram heroin aşkarlanaraq götürülüb.

 

Kamal Məmmədov

Tarix: 15 Fevral 2023, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin