BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəşəm Nəcəfzadə ona mənzil hədiyyə edilməsindən danışdı: “Kəramət də çox sevinir, evimiz-eşiyimiz ailəmizindir, burada pis nə var ki?”

Şair, publisist Qəşəm Nəcəfzadə Birinci vitse-prezident Mehriban Əliyevanın ona Bakıda mənzil hədiyyə etməsinə münasibət bildirib.

 

Q.Nəcəfzadə Pravda.az-a açıqlamasında Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

 

“Bu, çox böyük qayğı, diqqətdir. Həmişə ziyalılarımıza, mədəniyyət xadimlərimizə qayğı göstərirlər. Mənə göstərilən də həmin o qayğılardan biridir”, - o deyib.

 

Q.Nəcəfzadə oğlu Kəramət Böyükçölün onu təbrik edib-etməməsinə isə belə cavab verib: “Əlbəttə, Kəramət niyə təbrik etməsin ki? O da çox sevinir…”

 

O, “Qəşəm Nəcəfzadənin hökumətə münasibəti loyal olsa da, oğlu Kəramət Böyükçöl müxalifdir” deyənlərə, bəzilərinin bunu “şou” adlandırmasına da münasibət bildirib: “Vallah, bu barədə heç bir münasibət bildirmirəm. Nə deyim? Camaat durub elə şeylər deyir ki. Belə olmaz. Bu, ev məsələsidir, könül məsələsidir. Kəramət də çox sevinir, mən də. Evimiz-eşiyimiz ailəmizindir. Burada pis nə var ki?”

 

Aytəkin Qardaşova

Tarix: 15 Fevral 2023, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin