BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli zəlzələdə Türkiyəyə dəymiş ziyandan danışdı: “10 milyardlarla dollardan söhbət gedir…”

“Zəlzələ nəticəsində Türkiyə iqtisadiyyatına dəymiş ziyanın həcmi ilə bağlı hələlik fikir bildirmək çətindir. Çünki ziyan görmüş binaların sayı dəqiq məlum deyil. Bu vaxta qədər yalnız uçmuş binaların sayı açıqlanıb. Zərərlə bağlı rəqəm demək lazımdırsa, 10 milyardlarla dollardan söhbət gedir. Lakin bu rəqəmin hansı səviyyəyə qədər yüksələcəyini demək çətindir. İş adamlarının və Türkiyə cəmiyyətinin işləmə qabiliyyətini nəzərə alsaq, eyni zamanda maliyyə mənbələrində sıxıntı olmasa, Türkiyə iqtisadiyyatı yaxın 3-4 ildə zəlzələ nəticəsində ortaya çıxan fəsadları tamamilə aradan qaldırmaq gücündədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

 

Ekspert düşünür ki, Türkiyədə maliyyə mənbələri ilə bağlı problemlər yaşanacaq: “Belə olan halda, xarici borc və beynəlxalq maliyyə institutlarının yardımı qaçılmazdır. Çünki təkcə Türkiyənin daxili resursları hesabına bu qədər işin öhdəsindən gəlmək çətin olar. Bəzi mənbələrdə Türkiyəyə dəymiş zərərin 100 milyard dollardan çox olduğu bildirilir. Ziyanın səviyyəsinin hansı həddə qədər yüksələcəyi yaxın 1 ayda məlum olacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Fevral 2023, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin