BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyənin daxili işlər nazirindən zəlzələ bölgəsi ilə bağlı açıqlama

Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələdə zərər görən binaların 40 faizinə dəyən zərərin hesablandığını açıqlayıb.

 

Bu barədə Pravda.az “Haberturk”ə istinadən xəbər verir.

 

Nazir bildirib ki, Antakyada iki evdən biri dağılıb: “Zərər çəkən binalar bir il müddətinə inşa edilərək təhvil veriləcək. Eyni zamanda bölgədəki təhlükəsizlik qüvvələrimizin sayını da üç dəfə artırmışıq. Bu şəhərlərdə yenidən vətəndaşlarımız yaşamağa davam edəcək. Yeni binaların harada tikiləcəyi də artıq müəyyənləşib”.

 

S.Soylu əlavə edib ki, hazırda bölgədə heç bir xəstəlik yayılmayıb.

 

Kənan

Tarix: 15 Fevral 2023, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin