BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada qətl törədən azərbaycanlı məhkəmə qarşısında

Ali Məhkəmədə qəsdən adam öldürmədə təqsirləndirilən Hüseyn Həşimovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Həşimov 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Füzuli rayon sakini, 1985-ci il təvəllüdlü Hüseyn Həşimov 1 yanvar 2015-ci il tarixdə gecə saatlarında alkoqol

sərxoşluğu vəziyyətində Rusiyanın Tomsk şəhəri, Sergey Lazo küçəsi 24 ünvanında yerləşən “Şaşlıçnaya” kafesinə gedib. Daha sonra o, həmin

vaxt orada tanışı ilə birlikdə kafeni tərk edən M.A-nı (şərti) çağırmaq istəyib. Lakin M.A. tərəfindən

kənara itələnib. Buna baxmayaraq, Hüseyn həmin şəxslərin arxasınca kafedən çıxaraq təxminən 10 metr qaçıb M.A.-ya çatıb Daha sonra o, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə M.A.-ya bıçaq zərbəsi vuraraq qətlə yetirib.

 

Hadisədən sonra o, ərindən qaçıb.

 

Hüseyn Həşimovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 16 Fevral 2023, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin