BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanınmış həkimə qarşı dələduzluq edən qadınla bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə,  hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib

 

Qeyd: G.Şıxıyeva Sinqapura turizm səfəri təşkil etmək adı ilə vətəndaşları aldadaraq pul alıb. Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan G.Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Ondan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.

 

Səkkiz zərərçəkmişin şikayəti əsasında G.Şıxıyeva saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib, G.Şıxıyeva məhkəmə zalında həbs olunub.

 

G.Şıxıyevanın daha bir cinayət əməli üzə çıxıb. Belə ki, o, tanınmış həkim Qeys Əsədliyə qarşı dələduzluq edib. G.Şıxıyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzlu, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: Q.Əsədli Milli Onkologiya Mərkəzində Baş-Boyun Cərrahiyyəsi Şöbəsində üz-çənə cərrahı kimi çalışırdı.

 

Kamal Məmmədov

Tarix: 16 Fevral 2023, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin