BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətə məxsus motosikletin sürücüsünün ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlandı

Abşeronda şirkətə məxsus motosikletin sürücüsünün ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, rayonun Masazır qəsəbəsi, Ə.Vahid küçəsində 1997-ci il təvəllüdlü Mirzəyev Rəşid Səfadə oğlunun idarə etdiyi “189 Delivery” çatdırılma şirkətinə məxsus ikitəkərli motosikletin yolun sağ kənarındakı dayanacaqda dayanmış vəziyyətdə olan Mikayılov Sədiyar Famil oğlu tərəfindən idarəedilən “Daevo” markalı “525” saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sol arxa tərəfinə çırpılmasından sonra Rəşid Mirzəyev motosikletlə birgə, həmin istiqamətdə hərəkətdə olan Nəcəfov Nəcəf Kazım oğlunun idarə etdiyi “ZİL-130” markalı yük avtomobilinin qarşısına yuvarlanub. Nəticədə motosikletin sürücüsü Rəşid Mirzəyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin -ci maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 16 Fevral 2023, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin