BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə dələduzluğa görə axtarışda olmuş şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda və rüşvət almaqda ittiham olunan Bəhruz Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Cinayət əməlinə görə Bəhruz Əliyev bir müddət axtarışda olub. O, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı həbs olunaraq istintaqa cəlb olunub.

 

Ona Cinayət Məcəlləsinin (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri üzrə ittiham verilib.

 

Cinayət işi ilə bağlı 22 nəfər zərərçəkmiş qismində tanınıb.

 

Kamal Məmmədov

Tarix: 16 Fevral 2023, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin