BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğlu Türkiyəyə yardım edən ölkələrə təşəkkür etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək edən 101 ölkəyə təşəkkür edib.

 

Bu barədə Pravda.az Türkiyə mediasına istinadən xəbər verir.

 

Çavuşoğlu bildirib ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir: “Orada 74 ölkədən 8 minə yaxın heyət fəaliyyət göstərir. Daha bir ölkədən 439 nəfərin köməyə gələcəyi gözlənilir. İşlərini yekunlaşdıran 15 ölkənin 4 min 236 nəfərlik heyəti artıq Türkiyəni tərk edib”.

 

Kənan

Tarix: 16 Fevral 2023, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin