BURADA REKLAMINIZ OLA
BİLƏR

"Tural Piriyev ləğv prosesində olan "AG Bank"ın Kreditorlar Komitəsinin açıq iclasının keçirilməsinə imkan vermədi"

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev ləğv prosesində olan "AG Bank"ın Kreditorlar Komitəsinin açıq iclasının keçirilməsinə imkan vermədi. Üstümüzə polis tökdü! Niyə? Çünki bu Fond "qanuni oğru"dur. Qanun ona müflis bankları idarə edib kreditorların pulunu qaytarmağı tapşırıb, o isə sırf şəxsi mənfəətlər naminə çalışıb talanla məşğuldur. Buna görə də şəffaf deyil!

 

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Əkrəm Həsənov bildirib.

“Ləğv prosesində olan bütün 21 bankın kreditorlarına müraciət edir birləşməyə çağırıram. Qurultay keçirib Prezidentə müraciət edək ki, vəzifəyə kimi təyin etdiyini bilsin. Prezident ölkədə investisiya mühitini yaxşılaşdırmaq istəyir, belələri isə bunun əksinə gedir. Kreditorların hüquqları qorunmayan ölkədə iqtisadi inkişaf ola bilməz, yalnız belələrinin şəxsi varlanması ola bilər. Odur ki, irəli! Belə vəziyyətdə Fondun binasında polis nəzarəti altında iclas keçirmək mümkün deyil. İclaslar və planlaşdırılan qurultay başqa yerdə keçiriləcək”, - Ə.Həsənov qeyd edib.

Tarix: 16 Fevral 2023, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin